Tom Kruz yeni paparassi fotolarına görə “sincab” adlandırılıbbackend

Hollivud aktyoru Tom Kruz martın 17-də Londonda görüntülənib.

Fotolar Daily Mail saytında dərc olunub.

61 yaşlı Tom Kruz helikopter meydançasında olarkən paparassilərə tuş gəlib. Aktyor tünd göy rəngli sviter geyinib, ona uyğun dar cins şalvar və ağ Nike idman ayaqqabısı olub. O, xalq qarşısına dağınıq saçları ilə çıxıb. Sənətçi əlində termos olub. Daily Mail oxucuları Tom Kruzun xarici görünüşünü tənqid ediblər. Bəziləri son vaxtlar aktyorun simasının çox dəyişdiyini qeyd edib.

“Tom, Bred Pittdən onun üzünə nə etdiyini soruş”, “Aman Allahım, o, heç vaxt bıçağın altına düşməməli idi”, “Dəhşətli görünür. Gözlərinə nə oldu?”, “Üzünü nə etdi? O, sincaba oxşayır.” “Mənə görə o, yaxşı yuxuya ehtiyacı olan biri kimi görünür. Üzünə gəlincə, buna qocalmaq deyirlər”, “Yaş hamımız kimi onu da əsirgəməyib”, – internet istifadəçiləri yazıb.

Mənbə: Gazeta.ru