Moldova səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıbbackend

Rusiya Xarici İşlər Nazirliyi Moldovanın səfiri Lilian Dariusu Kişinyovun seçkilərdəki hərəkətlərinə görə çağırıb. Bu barədə nazirliyin Telegram kanalında məlumat verilib.

Moldova hakimiyyətinin qeyri-dost və ayrı-seçkilik hərəkətlərinə görə səfirə kəskin etiraz ifadə olunub.

“Oktyabrın 20-də keçirilən Aİ-yə daxil olmaq üzrə səsvermənin birinci raundundan əvvəl Moldova hakimiyyəti Rusiyadan olan beş müşahidəçinin akkreditasiyadan əsassız olaraq imtina edib”, – XİN-dən bildiriblər.

Mənbə: TASS