Serbiya prezidenti Trampın Ukraynada sülhün əldə olunmasına kömək edəcəyinə ümid etdiyini bildiribbackend

Serbiya prezidenti Aleksandar Vucic ümid etdiyini bildirib ki, ABŞ prezident seçkilərinin ehtimal olunan qalibi Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoymağa töhfə verəcək. Bu barədə RİA Novosti yazır.

“Mən gözləyirəm ki, prezident Tramp Ukraynada sülhə nail olmağa çalışacaq. Əminəm ki, “sülh” sözü artıq dünyada belə qəbuledilməz olmayacaq”, – Vuçiç Çexiyanın Baş naziri Petr Fiala ilə görüşü zamanı deyib.

Serbiya prezidentinin sözlərinə görə, Tramp mövcud vəziyyətdən çıxış yolu təklif edəcək və axtaracaq.

Mənbə: RİA Novosti