Moldovalı deputat Lozovan beynəlxalq axtarışa verilibbackend

Moldova parlamentinin “Qələbə” müxalifət blokundan olan deputatı İrina Lozovan beynəlxalq axtarışa verilib.

Bu barədə Sputnik Moldova məlumat yayıb.

“Deputat İrina Lozovan beynəlxalq axtarışa verilib”, – nəşr yazır.

Martın 31-də Lozovan Şor partiyasını maliyyələşdirməkdə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Martda “Pobeda” blokunun lideri İlan Şor bəyan edib ki, Moldova hakimiyyəti bu siyasi birliyin iki deputatının həbsinə cəhd etmək niyyətindədir. Söhbət qanunvericilər Aleksandr Nesterovski və İrina Lozovandan gedir.