Moldovalıların NATO-ya qoşulmağa münasibəti məlum olubbackend

Moldovalıların əksəriyyəti ölkənin NATO-ya daxil olmasına qarşıdır.

Sputnik.Moldova Telegram kanalına istinadla xəbər verir ki, bu, Date Inteligente (iData) tərəfindən aparılan sorğunun nəticəsidir.

Araşdırmaya görə, respondentlərin 56%-i Kişinyovun Şimali Atlantika Alyansına qoşulmasına qarşı çıxıb. 31,3% NATO-ya qoşulmağı dəstəkləyib.

Respondentlərin daha 12,7%-i cavab verməkdə çətinlik çəkib.

Bundan əvvəl Moldovanın keçmiş müdafiə naziri Vitali Marinuta bildirib ki, Kişinyov NATO-ya üzv olmağa hazırlığa indidən başlamalı, hakimiyyət öz qarşısına belə bir məqsəd qoymalıdır.

Mənbə: Sputnik