Peskov Durovu Telegram-a daha yaxından nəzarət etməyə çağırıbbackend

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Telegram-ın yaradıcısı Pavel Durovu messenceri daha yaxından izləməyə çağırıb, çünki o, getdikcə terrorçuların əlində alətə çevrilir – ondan terror məqsədləri üçün istifadə olunur”.

Peskovun sözlərinə görə, Rusiyada heç kim Telegram-ı bloklamaq fikrində deyil, lakin bu, Durov da daxil olmaqla, daha çox diqqət tələb edir.

“Texnoloji nöqteyi-nəzərdən bizim nəslin gözü qarşısında böyüyən bu unikal və fenomenal resurs getdikcə terrorçuların əlində alətə çevrilir – terror məqsədləri üçün istifadə olunur”, deyə Kreml nümayəndəsi bildirib.

Mənbə: Lenta.ru