Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşırbackend

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu davam edir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Ərizələrin qəbulu aprelin 8-i saat 11:00-a qədər aparılacaq.