Cəlilabadda meyitləri tapılan ər-arvadın bir neçə gün əvvəl öldüyü ehtimal olunurbackend

Cəlilabad şəhəri Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində aşkarlanan ər və arvadın ölümünün təfərrüatı məlum olub.

“Report”un məlumatına görə, meyitlər bu gün qonşular tərəfindən aşkar edilib.

Belə ki, 1963-cü il təvəllüdlü Ağadadaş İxtiyar oğlu Şikarovun və həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mehparə Cahangir qızı Şikarovanın meyitlərini qonşular evə baş çəkərkən aşkarlayıblar.

Onların meyitlərində gedən çürümə prosesinə görə bir neçə gün öncə öldükləri ehtimal edilir.

Qonşuların sözlərinə görə, mərhumların övladları olmayıb.

Hadisə ilə bağlı Cəlilabad Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.