ABŞ-ın keçmiş prezidenti Donald Trampın çıxışı ilə bağlı Google-a sorğu verdiyiniz zaman nəticələr ABŞ-ın vitse-prezidenti Kamala Harrislə bağlı hadisələri göstərir. Bu barədə amerikalı sahibkar və iş adamı İlon Mask X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Sadəcə Google-da “Trampın çıxışı”nı axtardım və ilk nəticə Kəmalə oldu (Harris – red.),” o yazıb.
Bundan əvvəl Mask bəyan etmişdi ki, Google Trampla bağlı sorğuları bloklayaraq ABŞ prezident seçkilərinə müdaxilə edə bilər.
Mənbə: RİA Novosti