Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi jurnalistlərin Kuril adalarının keçmiş sakinlərinin öz əcdadlarının məzarlarını ziyarət etməyə davam etməsi ideyasına hakimiyyətin münasibəti ilə bağlı suallarına dərhal cavab verə bilməyib. Bu barədə RİA Novosti yazır.
Agentliyin məlumatına görə, insident avqustun 1-də rəsmi şəxsin mətbuat konfransı zamanı baş verib. Müxbirlərdən biri ondan ölkə parlamentinin yuxarı palatasının üzvü Muneo Suzukinin Rusiya Federasiyasına son səfərini şərh etməyi xahiş edib. Səfər zamanı qanunverici Rusiya tərəfini əvvəllər Kuril adalarında yaşamış Yaponiya vətəndaşlarının əcdadlarının məzarlarını ziyarətlərini bərpa etməyə çağırıb.
Lakin sual verildikdən sonra Hayaşi tərəddüd etdi. Yaponiya hökümətinin baş katibi bir dəqiqəyə yaxın susdu və baxdı. Sonradan məlum oldu ki, o, köməkçilərinin cavabı ilə çapı gözləyirmiş.
Mənbə: RİA Novosti