Muxtar Nağıyev: “Ölkəmizdə ağıllı, intellektual, xalqını, vətənini sevən gəncliyimiz formalaşır”backend

” 2 fevral-Gənclər Gününün təkcə gənclərin deyil, həm də cəmiyyətimizin həyatında vacib gün olduğunu bildirib. O, əlavə edib ki, bizim ağıllı, intellektual, xalqını, vətənini sevən gəncliyimiz formalaşır və bununla fəxr etməliyik”.

İctimai.az xəbər verir ki, bu fikirləri YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Heydər Əliyev ili çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gənclər Günü” münasibətilə keçirilən tədbirdə bildirib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatları Şahin İsmayılov və Bəhruz Məhərrəmov aparatın əməkdaşları, rayonun fəal gəncləri iştirak edib.