Polşa Rusiyadan neft idxalını yarıbayarı azaltmağa hazırlaşırbackend

Polşa fevralda Drujba boru kəməri ilə Rusiya neftinin idxalını iki dəfə azaltmaq niyyətindədir.

İctimai.az xəbər verir ki, fevralda axınların təxminən 220 min ton – sutkada təqribən 58 min barrel – yanvarda 500 min tondan aşağı olması planlaşdırılır.

Belə kəskin azalma Polşanın dövlət nəzarətində olan neft emalı zavodunun Orlenin Rusiyanın Rosneft neft şirkəti ilə keçən ay başa çatan müqaviləsini yeniləməmək qərarına gəlməsidir.

Yanvarda Orlenin Rosneft ilə müqaviləsi başa çatıb və bu müqavilə ayda 300 min tona qədər xam neftin tədarükünü nəzərdə tuturdu. Orlenin Tatneft ilə ayda 200 min ton neft üçün bağlanmış müqaviləsi 2024-cü ilin dekabrında başa çatır. Orlen Rusiya neftini boru kəmərləri ilə çatdırır. Varşava Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyadan dəniz yolu ilə neft almaqdan imtina edib. Polşa Rusiya neftini ABŞ, Fars körfəzi regionları və Şimal dənizinin nefti ilə əvəz etmək niyyətindədir.

Mənbə: Bloomberg

İctimai.az