Elektron siqaret infarkt riski daha çox artırırbackend

ABŞ-da aparılan bir araşdırmaya görə, elektron siqaretdən istifadə edən insanların infarkt keçirmə riski çəkməyənlərə nisbətən 34 faiz daha yüksəkdir.

Kanzas Universiteti Tibb Fakültəsi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, elektron siqaret çəkənlərin ürək-damar xəstəliyi riski 25 faiz, depressiya və narahatlıq pozğunluğu riski isə 55 faiz çoxdur.

ABŞ Səhiyyə Departamentinin rəsmiləri bir müddətdir ki, istifadəçiyə mayeləşdirilmiş nikotini nəfəs almağa imkan verən batareya ilə işləyən bu cihazların təhlükələri barədə xəbərdarlıq edir. ABŞ-da gənclər arasında elektron siqaret istifadəsi 2018-ci ildə əvvəlki ilə nisbətən 78 faiz artıb.

Mənbə: Haber Global

İctimai.az