NASA mütəxəssisləri siqnal itəndən bir gün sonra Marsda “Ingeniuty” helikopteri ilə əlaqəni bərpa edə bilib. Bu barədə NASA-nın Jet Propulsion Laboratory-nin X sosial şəbəkəsində (keçmiş Twitter) rəsmi hesabında məlumat verilib.
Kosmik agentliyin rəsmiləri Perseverance roverini son dron eniş yerinə apararaq və Ingeniuty-dən ötürülmələri aşkar etmək üçün uzun dinləmə seansları keçirərək problemi həll etdilər.
“Komanda Ingeniuty-nin 72-ci uçuşunda gözlənilməz rabitə nasazlığını daha yaxşı başa düşmək üçün yeni məlumatları nəzərdən keçirir” dedi NASA.
Mənbə: Lenta.ru

