NATO-nun baş katibi Mark Rutte ABŞ-ın təhlükəsizliyinin əsasını təşkil edən alyansa sadiq qalacağına əminliyini ifadə edib.
Bu barədə Reuters xəbər verir.
Rutte alyansın xarici işlər nazirləri ilə görüşdən əvvəl deyib: “Qoşunların çıxarılması və ya buna bənzər hər hansı bir plan yoxdur. Biz bilirik ki, ABŞ NATO-ya tam sadiqdir”.
Eyni zamanda, NATO-nun baş katibi qeyd edib ki, o, Vaşinqtonun diqqətini dünyanın digər yerlərində, o cümlədən Hind-Sakit okean regionunda problemlərin həllinə yönəltmək istəyini başa düşür.