140 yaşında olduğu güman edilən kişi Əfqanıstanın şərqindəki Xost əyalətində yaşayır.
Tolo news xəbər portalı yazır ki, o, dünyanın ən yaşlı insanı ola bilər.
Məqalədə deyilir: “Dünyanın ən uzunömürlü insanı sayıla bilən Akel Nazirin 100 nəfərlik ailəsi var. O, tez-tez Xost şəhərinin iki rayonu: Sabari və Yakubi arasında köçür”.
Nazir jurnalistlərə deyib ki, Əfqanıstan Britaniyadan müstəqillik qazananda onun təxminən 30 yaşı var idi. O, həmçinin Əfqan kralı Əmanullah Xanın hakimiyyətinin və İngiltərənin idarəçiliyindən müstəqillik gününün qeyd edilməsinin şahidi olduğunu deyib.
Məqalədə deyilir ki, Əfqanıstanda arxiv işi bunun üçün kifayət qədər inkişaf etdiyi üçün Nazirin ailəsi hökumətdən onun yaşını sənədlərlə təsdiq etməyi xahiş edir.