NATO-nun baş katibinə “Şimal axını” partlayışları ilə bağlı sual verilibbackend

Avropa Parlamentinin (AP) İrlandiyadan olan keçmiş üzvü Mik Uolles NATO-nun baş katibi Mark Ruttedən “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı lazımi araşdırmanın nə vaxt aparılacağını soruşub. Eks-deputat X sosial şəbəkəsindəki hesabında müvafiq məzmunlu yazı dərc edib.

O, Şimali Atlantika Alyansı rəhbərinin Estoniya ilə Finlandiya arasında elektrik kabelinin zədələnməsi ilə bağlı açıqlamasına münasibət bildirib. NATO baş katibinin dediyi kimi, təşkilat kritik infrastruktura edilən istənilən hücumu pisləyir.

“Şimal axını” qaz kəmərinə, bu ekoloji terror aktına dəyən cinayətlə bağlı lazımi araşdırmanı nə vaxt aparacağıq? – Uolles soruşdu.