Şimali Atlantika Alyansı Estoniya silahlı qüvvələrinə NATO və Rusiya arasında potensial silahlı münaqişəyə hazırlaşmaq tapşırığı verib.
Bunu ERR radiostansiyasına müsahibəsində Baltikyanı Respublikasının Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vahur Karus deyib.
“NATO bizə deyir ki, biz Rusiya ərazisində müəyyən hədəflərə diqqət yetirməliyik”, – hərbçi deyib.
Estoniyalı general əlavə edib ki, bundan sonra Şimali Atlantika Alyansının qüvvələri Estoniyaya gələ biləcək və bundan sonra növbəti addımları atacaqlar. Karus vurğulayıb ki, bu gün Estoniyanın uzaqmənzilli zərbə silahları NATO planlarında tam nəzərə alınıb.
Mənbə: Lenta.ru