NATO Ukraynaya qoşun yeritmək məsələsini müzakirə etmədiyini bildiribbackend

NATO təhlükəsizliyi təmin etmək üçün Ukraynaya hərbi kontingentlərin göndərilməsi məsələsini müzakirə etmir. Bunu “Corriere della Sera” qəzetinə müsahibəsində NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone deyib.

Eyni zamanda qeyd edib ki, bu, Rusiya ilə danışıqlarda siyasi məsələdir. Draqonun fikrincə, Ukraynaya dəstək verən ayrı-ayrı ölkələrin toxunduğu mövzu hələ də “rüşeym halında”dır.

Hərbi lider əlavə edib ki, avropalı siyasətçilər tərəfindən müəyyən edilən təhlükəsizlik təminatları kontekstdə nəzərə alınmalıdır.