Nazirdən rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə paylaşımbackend

İqtisadiyyat naziri Mikayıl Cabbarov rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə paylaşım edib.

İctimai.az xəbər verir ki, o, bu barədə öz “X” hesabında məlumat verib:

“Rəqəmsallaşmanın, müasir informasiya texnologiyalarının və innovasiyaların inkişafında əhəmiyyətli rola malik olan bu sahənin təmsilçilərinə əlamətdar gün münasibətilə təbriklərimizi çatdırır, işlərində uğurlar arzulayırıq”.