Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov ölkə başçısı tərəfindən təltif edilib.
İctimai.az xəbər verir ki, N.Mərdanov Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Nail Mərdanov bu ilin iyun ayından İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinə rəhbərlik edir.