Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT – FOTObackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları həyata keçirilib.

İctimai.az-ın məlumatına görə, Vəli Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.

O, bundan 2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Fuad Heydərov isə Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri təyin edilib.

Şöbənin əvvəlki müdiri Əbülfət Məhərrəmov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.