Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Sayad kəndində səyyar qəbul keçiribbackend

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Sayad kəndində səyyar qəbul keçirib.
Qəbulda Qalağan kənd inzibati ərazi dairəsinə daxil olan Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Vətəndaşlar Qalağan kənd tam orta məktəbinin təmirini, elektrik təsərrüfatının yenilənməsini, içməli və suvarma suyuna olan ehtiyacın tam ödənilməsini, kəndlərə qaz xəttinin çəkilişini və kəndlərarası yolların təmiri kimi məsələləri gündəmə gətiriblər.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən digər kənd və qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.