Nazirlikdən tələbələrin qış tətilinin uzadılması ilə bağlı AÇIQLAMAbackend

Təhsil Nazirliyi tələbələrin qış tətilinin uzadılması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda tələbələrin qış tətilinin uzadılması ilə bağlı məsələ Təhsil Nazirliyində müzakirə olunmur”.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ali məktəblərdə qış tətilinin müddətinin uzadılmasını təklif edib.

O, koronavirusun “Omikron” ştammının sürətlə yayıldığını bildirib:

“Omikron” yüngül klinik əlamətlərlə, az ağırlaşma ilə müşahidə olunsa da, yüksək yoluxuculuğu ilə fərqlənir, remissiya dövrü qısadır. Az vaxtda çoxlu sayda insanların yoluxmasına səbəb olduğundan iş və tədris rejiminin pozulmasına səbəb olur. Buna görə də “Omikron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir.

Azərbaycanda belə lokal qapanmaları ayrı-ayrı orta məktəblərdə, siniflərdə və uşaq bağçalarında görürük”.