Nazirlikdən “Omikron”a görə məktəblərin bağlanacağı iddialarına CAVABbackend

Təhsil Nazirliyi koronavirusun yeni ştammı “Omikron”nun sürətli yoluxma qabiliyyətliliyi səbəbindən məktəblərin bağlanması barədə yayılan məsələlərə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev açıqlama verib.

O bildirib ki, fevralın 2-nə olan məlumata görə, hazırda ölkədə 9 məktəb distant tədrisə keçib:

“Hazırda 299 sinifdə tədris onlayn formada davam etdirir. Hazırda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Amma sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır”.

“Təhsil müəssisələrinin bağlanmasına səbəb olacaq problem yoxdur”, – deyə o qeyd edib.