Neftçalada Yeni Azərbaycan Partiyasının sədrinin ictimaiyyətə təqdimatı olubbackend

Təqdimatda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və YAP-nın üzvləri iştirak edib.

İlk öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov YAP-ın Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib, 29 il bundan öncə Ulu Öndər Heydər Əliyev tərəfindən yaranan YAP bu gün cənab Prezident,Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır” sözünün həqiqət olduğu özünü sübut edib. Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır, bu arzular Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunmasından, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən danışan Neftçala RİH başçısı YAP-nın Neftçala rayon Təşkilatına sədr təyin olunması münasibətilə Ülvi Fərzəliyevi təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.
Ülvi Fərzəliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və partiya rəhbərliyinə təşəkkürünü bildirib, bu etimadı layiqincə doğruldacağını vurğulayıb.

Tədbirdə çıxış edən YAP-nın sabiq sədri Oktay Kərimov, Neftçala rayon İH yanında İctimai şuranın sədri və şəhid atası Təhmasib Məlikov, Rayon TŞ müdiri Vüqar Dadaşov, Tərəqqi medallı Ruhəngiz Nəcəfova, əməkdar müəllim Hüsniyyə Zeynalova və  Elman Babaşov  Yeni Azərbaycan Partiyasının bu gün misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrildiyini bildirirərək, Ülvi Fərzəliyevi yeni təyinatı münasibətilə təbrik edib, bu yolda ona müvəffəqiyyətlər arzulayıblar.