Neftçilər prospekti bağlanacaqbackend

Formula 1 üzrə Azərbaycan Qran Prisinin hazırlıqlarına görə yolun bu hissəsi bağlı olacaq.

İctimai.az xəbər verir ki, Bakı şəhərində Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıçərçivəsində yollarda quraşdırma işləri sürətlə davam edir. Bu gün körpü quraşdırma işləri səbəbi ilə  22 avqust saat 23:59-dan 23 avqust saat 05:45-ə qədər Neftçilər prospekti bağlanacaq.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.