Amerikanın “Goldman Sachs Group” investisiya bankının analitikləri neftin dünya qiymətləri ilə bağlı proqnozlarını aşağı salıblar.
Analitiklərin fikrincə, Şimali Dəniz Brent markalı neftin bir barreli 2025-ci ildə 63 dollara çatacaq. Bundan əvvəl bank bu neftin ilin sonuna qədər yalnız 69 dollar/barelə düşəcəyinə inanırdı. Amerikanın West Texas Intermediate (WTI) neftinin orta qiyməti, yenilənmiş proqnoza görə, əvvəlki 66 dollarla müqayisədə 59 dollar təşkil edəcək.
Analitiklər ABŞ hakimiyyətinin aqressiv gömrük siyasətinin yaratdığı ticarət müharibələrinin genişlənməsi ilə bağlı proqnozların azalmasının əsas amili kimi qlobal enerji bazarında ümumi qeyri-müəyyənliyi adlandırıblar.