Müğənni Britni Spirs kukla körpəsi ilə ictimaiyyət arasında görüntülənib.
Fotolar New York Post saytında dərc olunub.
Aprelin 10-da Britni Spirs Meksikada təyyarədən enərkən paparassilər tərəfindən yaxalanıb. Jurnalistlərin sözlərinə görə, müğənni tətildə özü ilə uşaq formasında gəlincik götürüb. Sənətçinin cangüdəni əlində ədyala bükülmüş oyuncaq olub. Pop müğənnisi üzünü fotoqraflardan gizlətmək üçün günəş eynəyi və kapüşon taxıb. Qeyd olunur ki, 2021-ci ildə Britni Spirs artıq şəxsi bloqunda kukla ilə foto və videolar yerləşdirib.
İnternet istifadəçiləri paparassilərin çəkilişlərindən sonra ulduzun səhhəti ilə bağlı narahat olmağa başlayıblar.
“Onun əsl körpə olduğunu düşündüyünə şübhəm yoxdur. “Müalicəsini bir az tənzimləmək vaxtıdır”, “Onun ciddi köməyə ehtiyacı var”, “Həqiqətən qorxuncdur”, “O, xəstədir”, – internet istifadəçiləri yazıb.