Aparılan araşdırma nəticəsində məlum olub ki, yeməyə duz əlavə etmək depressiya və narahatlıq riskini 40%-dən çox artıra bilər, Daily Mail yazır.
Təxminən yarım milyon britaniyalı böyüklər üzərində aparılan əsaslı araşdırma, yeməyə duz əlavə etmək ilə depressiya və narahatlıq pozğunluqlarının inkişaf riskinin artması arasında əlaqə tapıb. Journal of Affective Disorders jurnalında dərc edilən məlumatlara görə, yeməklərinə müntəzəm olaraq duz əlavə edən insanlar, əlavə duzdan qaçanlara nisbətən bu psixi pozğunluqları inkişaf etdirmək ehtimalı təxminən 40% daha yüksəkdir.
Tədqiqatda 439 412 nəfər iştirak edib, onlardan 9 516 nəfərinə depressiya, 11 796 nəfərinə isə narahatlıq pozuqluğu diaqnozu qoyulub. Yalnız arabir duz əlavə edənlərin riski 5-8% artıb.
Alimlər bu əlaqə üçün bir neçə mümkün izahat təklif edirlər. Onlardan biri də artıq duza görə sürətlənmiş bioloji qocalmadır ki, bu da psixi sağlamlığa mənfi təsir göstərir. Digər bir fərziyyə duzun emosional vəziyyəti tənzimləməkdə əsas rol oynayan serotonin və dopamin kimi əhval-ruhiyyə hormonlarına təsirini nəzərdə tutur.