Nepaldan olan bələdçi Everesti 29 dəfə fəth etməklə yeni rekorda imza atıbbackend

Nepaldan olan bələdçi Everesti 29-cu dəfə fəth etməklə yeni rekorda imza atıb.

54 yaşlı nepallı bələdçi Kami Rita planetin ən yüksək dağına ən çox qalxma rekordu qoyub. O, 1994-cü ildən mütəmadi olaraq planetin ən yüksək dağına qalxır.

Məlumdur ki, 2015-ci ildə Everest zirvəsinə qalxarkən qar uçqunu altından sağ çıxa bilib. Həmin gün 19 nəfər həlak olub.

Bundan əvvəl Daily Star alpinistin Everesti dırmaşarkən yakın hücumuna məruz qaldığını yazmışdı.

Emma Kinin dediyi kimi, hücum edən yak onun ayağını zədələyərək dərin açıq yara buraxıb. Bu səbəbdən o, bir neçə dəfə huşunu itirib və ona kömək edən dostlarının sayəsində özünə gəlib.

Mənbə: Haberler.com