Nərimanov rayonunda Beynəlxalq Gənclər Günü qeyd olunub – FOTOLARbackend

11 avqust 2021-ci il tarixdə Azərbaycan Kooperasiya Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq “12 avqust – Beynəlxalq Gənclər​ Günü” münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov, Vətən Müharibəsi şəhidi Daşqın Rzalının həyat yoldaşı Fatimə Rzalı, Vətən Müharibəsinin iştirakçıları, qazilər, Azərbaycanda təhsil alan Nigeriya, Kamerun və Özbəkistan Respublikalarından olan tələbələr və könüllülər iştirak etmişlər.

Tədbirdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi​ uğrunda canlarını qurban vermiş şəhidlərimizin, günahsız soydaşlarımızın​ xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən rəsmi şəxslər bildiriblər ki, gənclərin daim inkişafda olmaları, təhsil almaları və vətənpərvərlik ruhunda tərbiyə olunmaları ölkənin tərəqqisinin bariz göstəricisidir. Natiqlər Azərbaycanda həyata keçirilən uğurlu və səmərəli gənclər siyasətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Sosial həyatın bütün sahələrində gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də öz növbəsində onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Sonda tədbirdə iştirak edən qazilər, şəhid ailələrinin üzvləri və əcnəbi tələbələr “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibəti ilə fəxri fərmanlar ilə təltif olundular, onların iştirakı ilə tort kəsildi və xatirə şəkili çəkdirildi.


“12 avqust – Beynəlxalq Gənclər Günü” münasibəti ilə mükafat almış qazilər və gənclər:

Fatma Rzalı – şəhid Daşqın Rzalının həyat yoldaşı

Kərimov Mirkənan – qazi, Vətən Müharibəsinin iştirakçısı

Abdullayev Cavid ​ –Vətən Müharibəsinin iştirakçısı

Əkbərov Təbriz – Vətən Müharibəsinin iştirakçısı

Bayram Osmanov – Vətən Müharibəsinin iştirakçısı

İlkin Rzaquliyev – Vətən Müharibəsinin iştirakçısı

Foziljon Adkhamov –Ösbəkistan Respublikasının vətəndaşı, Azərbaycan Turizm və Menecment Universitetin tələbəsi

Nobat Kasimova – Türkmənistan Respublikasının vətəndaşı, Azərbaycan Turizm və Menecment Universitetin tələbəsi

Ejire Folakunmi Oluwaseun – Nigeriya Respublikasının vətəndaşı, “Bakı Avrasiya” Universitetinin tələbəsi

Kenmoe Noubia Donald Landry – Kamerun Respublikasının vətəndaşı, “Bakı Avrasiya” Universitetinin tələbəsi