“Gəncə Maarif Evi” İB-də “Beynəlxalq Gənclər Günü” qeyd olunubbackend

“12 Avqust – Beynəlxalq Gənclər Günü” münasibəti ilə “Gəncə Maarif Evi” İctimai Birliyi tərəfindən tədbir keçirilib.

Tədbirdə Birliyin həmtəsisçiləri Emin Abbasov, İmamverdi Vəliyev və gənclər iştirak edib. Çıxış edən natiqlər əlamətdar gün münasibəti ilə əlaqədar gəncləri təbrik edib, fəaliyyətlərində uğurlar diləyib, gənclərin ölkənin həyatında rolunun vacibliyini vurğulayıblar.

Daha sonra il ərzində aktiv və səmərəli fəaliyyəti ilə seçilən bir qrup gənclər sertifikat ilə mükafatlandırılıb.

Tədbinin gedişində müxtəlif oyunlar, “Arşın Mal Alan” filmindən qısa səhnəcik və rəqs səhnələri təqdim edilib.

Sonda xatirə fotoları çəkilib.