Nərimanov rayonunda gənclərin asudə vaxtı səmərəli təşkil edilir – FOTOLARbackend

Bildiyiniz kimi gənclər asudə vaxtlarını düzgün qiymətləndirməyi bacarmalıdırlar. Təmiz havada gəzmək, idmanla məşğul olmaq, hərəkətli və ya intellektual oyunlarla məşğul olmaq gənclərin sağlamlığı və dünyagörüşünün artırılmasında çox vacibdir.

09 avqust 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında, açıq havada gənclərin asudə vaxtının səmərəli təşkil etmək məqsədi ilə onlar üçün “Gənclər bir yay axşamı” adlı tədbir keçirilib.

Tədbir zamanı​ gənclər üçün müxtəlif hərəkətli və intellektual oyunlar təşkil edilib. Burada gənclər həm gözəl istirahət etdi, həm də onlar digər gənclərlə sağlam ünsiyyət yaratdılar.