Nərimanov rayonunda “Studentvisions – 2021” mahnı müsabiqəsi keçirilibbackend

14 sentyabr 2021-ci il tarixdə Nərimanov rayonunda “Studentvisions – 2021” mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqənin final mərhələsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, “Studentvisions – 2020” mahnı müsabiqəsinin qalibi Minayə Hüseynova, “Kainat” muğam festivalının laureatı, Xan Şuşinski, Bül-bül adına müsabiqələrinin iştirakçısı Rəvanə Vəliyeva, Skripka və fortepiano üzrə İtaliyada Qran-pri mükafatçısı, Beynəlxalq müsabiqələr laureatı Nihat Məmmədov, Dilbər güşəmiz olan Şuşamızda baş tutan Xarı-bülbül festivalının iştirakçısı Nəsib Həsənov, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrin nümayəndəsi Aslan Rüstəmzadə, Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, Beynəlxalq müsabiqələrin laureatı Elşən Mübariz, 2019  – Tələbə Baharı Ümumrespublika müsabiqəsində pop janrı üzrə 1-ci yerin sahibi, 2019 – Youthvision Beynəlxalq Mahnı müsabiqəsinin 2-cisi Nadir Rüstəmli, Azərbaycan Dövlət Opera və Balet teatrın solisti, Beynəlxalq Müsabiqələrin laureatı, pedaqoq Fərid Baxışov, Vətən Müharibəsinin iştirakçısı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının maqistri Murad Süleymanlı, müsabiqə iştirakçıları və fəal gənclər iştirak etmişlər.

Müsabiqənin məqsədi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə”Dövlət proqramının 5.4.3 yarımbəndinin icrasını təmin etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, onlar arasında könüllülük fəaliyyətinin daha geniş təbliğ etmək, yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılmasıdır.

Qeyd edək ki, müsabiqənin seçim turları onlayn şəkildə təşkil edilmişdir.

Müsabiqənin final mərhələsində müxtəlif ali təhsil müəssisələrinin 16 nəfər tələbələrinin gərgin mübarizəsi nəticəsində, münsiflər heyətinin, iştirakçılar arasında və onlayn səs vermənin say hesabı ilə Azərbaycan Tibb Universitetinin tələbəsi Aliyə Şahbazova qalib oldu.

Müsabiqənin sonunda çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov bütün iştirakçıları təşəkkürlərini bildirdilər, qalibi təbrik etdilər və qeyd etdilər ki, müasir gənclərimiz həyatın hər tərəfli fəaliyyətində öz qabiliyyətlərini göstərməkdədirlər. Gənclərimiz incəsənətdə – musiqidə, rəssamlıqda, ədəbiyyat sahəsində,  idmanda öz uğurları ilə seçilirlər. Azərbaycanın elə bir guşəsi yoxdur ki orada yaradıcı gənclər olmasın, həmçinin onlara qayğı və şərait göstərilməsin. Natiqlər vurğuladı ki, gənclərin maarifləndirilməsinə dair ölkəmiz hər cür şərait yaradır, gerisi isə gənclərin öz əlindədir. Təhsil almaq, gələcəyin yararlı bir adamına çevrilmək hər bir adi gəncin əlindədir, sadəcə verilmiş bu şanslardan istifadə etmək yaradıcı gənc kimi yetişməyə kifayət edər.