Nərimanov rayonunda “Studentvisions – 2021” mahnı müsabiqəsinin qalibləri mükafatlandırıldı – FOTOLARbackend

22 sentyabr 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində “Studentvisions – 2021” mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırma mərasiminində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov,  “Kainat” muğam festivalının laureatı, Xan Şuşinski, Bül-bül adına müsabiqələrinin iştirakçısı Rəvanə Vəliyeva, Skripka və fortepiano üzrə İtaliyada Qran-pri mükafatçısı, Beynəlxalq müsabiqələr laureatı Nihad Məmmədov, Dilbər güşəmiz olan Şuşamızda baş tutan Xarı-bülbül festivalının iştirakçısı Nəsib Həsənov, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrin nümayəndəsi Aslan Rüstəmzadə, Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, Beynəlxalq müsabiqələrin laureatı Elşən Məmmədov, 2019  – Tələbə Baharı Ümumrespublika müsabiqəsində pop janrı üzrə 1-ci yerin sahibi, 2019 – Youthvision Beynəlxalq Mahnı müsabiqəsinin 2-cisi Nadir Rüstəmli, Azərbaycan Dövlət Opera və Balet teatrın solisti, Beynəlxalq Müsabiqələrin laureatı, pedaqoq Fərid Baxışov, Vətən Müharibəsinin iştirakçısı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistri Murad Süleymanlı, müsabiqə iştirakçıları və fəal gənclər iştirak etmişlər.

Tədbir zamanı münsiflər heyəti, müsabiqə iştirakçıları və fəal könüllülər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar ilə təltif olunublar.

Qeyd edək ki, 14 sentyabr 2021-ci il tarixdə Nərimanov rayonunda “Studentvisions – 2021” mahnı müsabiqəsinin final mərhələsi keçirilmişdir. Müsabiqənin final mərhələsində müxtəlif ali təhsil müəssisələrinin 16 nəfər tələbələrinin gərgin mübarizəsi nəticəsində, münsiflər heyətinin, iştirakçılar arasında və onlayn səs vermənin say hesabı ilə Azərbaycan Tibb Universitetinin tələbəsi Aliyə Şahbazova qalib oldu.