Netanyahu bildirib ki, İsrail təkbaşına özünü müdafiə etməyə hazırdırbackend

İsrail hökumətinin başçısı Benyamin Netanyahu bildirib ki, İsrail hətta xarici təzyiqlər nəticəsində tam təcrid vəziyyətinə düşsə belə, özünü müdafiə etməyə hazırdır. Bu barədə TASS məlumat yayıb.

Dünya liderlərinə müraciət edən Netanyahu bildirib ki, hər hansı bir beynəlxalq forumda nə təzyiq və nə qərar verilsə də, yəhudi dövləti özünü müdafiə etməkdən əl çəkməyəcək.

Baş nazir vurğulayıb ki, İsrail tək qalsa, onun siyasəti dəyişməyəcək. Və “dünyada bir çox layiqli insanların” dəstəyi ilə israillilər soyqırım düşmənlərini məğlub edəcəklər.

Mənbə: TASS