Latviyanın AS Pasažieru vilciens dəmir yolu şirkəti Rusiya və Belarusdan ehtiyat hissələrin alınmasına qoyulan qadağanın aradan qaldırılmasını xahiş edib. Bu barədə TVNET portalı məlumat yayıb.
Sərnişin daşımaları ilə məşğul olan “AS Pasažieru vilciens” öz xahişini onunla əsaslandırıb ki, Latviyadakı qatarların əksəriyyəti hələ sovet dövründə dizayn edilib və Avropa İttifaqı ölkələrində uyğun ehtiyat hissələri istehsal olunmur.
Şirkət nümayəndələri zəruri ehtiyat hissələrinin olmamasının dəmir yolu daşımalarına ciddi təsir göstərəcəyini vurğulayıblar. Buna görə də Latviya fasiləsiz nəqliyyat xidmətləri göstərə bilməyəcək.
Mənbə: TASS