Niger ordusu Fransanın Niameydəki hərbi bazasına əlavə qüvvələr yerləşdiribbackend

Nigerin paytaxtı Niameydə yerləşən Fransa hərbi bazasına milli ordunun əlavə qüvvələri göndərilib. Bu barədə məlumatlı mənbəyə istinadən “Əl-Cəzirə” pan-ərəb telekanalı məlumat yayıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, Niger ordusunun əlavə bölmələri nəzarət etmək üçün Fransa hərbi kontingentinin yerləşdiyi bazaya doğru irəliləyib. Telekanalın mənbəsinin sözlərinə görə, fransız hərbçiləri öz bazalarının ərazisini tərk etmirlər.

Bundan əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna Nigerdə ​​yerləşdirilmiş fransız qoşunlarının Afrika ölkəsində öz missiyasını əslində yerinə yetirə bilməyəcəyini bildirmişdi.

Mənbə: Haber Global