“Qothic” və “Crimson Rivers” filmlərinin fransız rejissoru Kassovitz motosiklet qəzasında xəsarət alıbbackend

“The Hollywood Reporter” onun nümayəndəsinə istinadən xəbər verir ki, fransız aktyor və rejissor Matye Kassovitz motosiklet qəzası nəticəsində ağır xəsarət alıb.

CNews və AFP xəbər verir ki, insident Parisin cənubunda yerləşən Linas-Montlhéry dairəsində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, BFM TV də bu məlumatı təsdiqləyir.

Essonne departamentinin səlahiyyətli nümayəndəsi CNews-a bildirib ki, Kassovitz Val-de-Marn departamentindəki Le Kremlin-Bicêtre xəstəxanasına aparılıb. Mənbənin sözlərinə görə, aktyor və rejissorun vəziyyəti “narahatedici” kimi qiymətləndirilir.

Mənbə:  CNews