OceanGate fəaliyyətini dayandırıb

OceanGate Expeditions, sualtı Titanın iyun ayında Atlantik okeanında batmasından sonra fəaliyyətini dayandırdığını bildirib.

Bu barədə şirkətin saytında məlumat verilib.

“OceanGate bütün kəşfiyyat və kommersiya əməliyyatlarını dayandırdı” deyə şirkətin rəsmi saytında deyilir.

Bundan əvvəl “Insider” nəşri “OceanGate Expeditions” şirkətinin mərhum rəhbəri Stokton Raş ilə müsahibəyə istinadən xəbər verib ki, 2018-ci ildə növbəti dalış zamanı sualtı Titanı ildırım vurub.

Qeyd olunur ki, Rush bu müsahibəni sonuncu dalışından az əvvəl verib.

Mənbə: haberler.com

Oxşar xəbərlər