Sakit okeanın cənubundakı Tonqa krallığının sahillərində zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib.
TASS bu barədə Milli Fəlakət Risklərinin İdarə Edilməsi və Meteorologiya Xidmətinə (NDRMO) istinadən xəbər verir.
“7,2 bal gücündə zəlzələdən sonra verilən sunami xəbərdarlığı ləğv edilib”, – ekspertlər bildirib.
Vətəndaşların sahilyanı ərazilərə qayıtmasına icazə verilib. Zəlzələdən sonra dağıntı və tələfat barədə məlumat verilməyib.