Okeanoloq köpək balığı ilə görüşərkən özünü necə aparmalı olduğunu söyləyib

Lomonosov adına MDU-nun coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov bildirib ki, dənizdə köpək balığı ilə qarşılaşan zaman insan özünü sakit aparmalıdır.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Narahat olmayın, çünki köpəkbalığı üçün insan yemək deyil, biz çox arıqıq, çox piyimiz yoxdur. Hücum etməzdən əvvəl bir köpəkbalığı gördünüzsə, onun istiqamətinə dönüb baxmaq lazımdır “dedi Muxametov.

Onun sözlərinə görə, sualtı yırtıcı hücumu zamanı köpək balığını burnuna və gözünə vurmaq lazımdır. Üstəlik, köpəkbalığı bundan qorxmadıqlarını görsə və hiss etsə, insana hücum etməz.

Oxşar xəbərlər