Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda ölkə tarixində 1 milyard dollarlıq saxta əskinasların ən böyük partiyasını ələ keçirib, yerli xəbər agentliyi DHA xəbər verir.
Paytaxtın jandarma idarəsi şəhərin anbarından 10 milyon 100 dollarlıq əskinas götürüb.
Qeyd olunur ki, saxta pulların Afrika ölkələrinə idxalı planlaşdırılıb.
Həmçinin altı nəfər – İsveç, Böyük Britaniya və Qana vətəndaşları saxlanılıb. Həbs olunanların evlərində axtarışlar aparılıb, zinət əşyaları və külli miqdarda pul götürülüb.
Həbs edilən şəxslərin vətəndaşı olduğu ölkələrin hökumətləri istintaqla bağlı məlumatlandırılıb.
Mənbə: Sabah

