Ölkəmizin yeni DƏB-i təqdim olunub – FOTObackend

Dekabrın 24-də Bakıda yerləşən “Azure Business Center”də Daşınmaz Əmlak Bazarı (DƏB) istifadəyə verilib.

DƏB – daşınmaz əmlak bazarı ilə bağlı sərgi-satış kompleksidir. Belə ki, daşınmaz əmlakın alqı-satqısı, kirayəsi və barteri, interyer və eksteryer dizayn xidməti təklif edən yerli və xarici daşınmaz əmlak şirkətlərinin xidmətləri indi bir məkandan təqdim olunacaq. Özü də düz 365 gün.

İctimai.az xəbər verir ki, açılış mərasimində yerli və xarici şirkətlərin rəhbərləri, media nümayəndələri və digər qonaqlar iştirak edib.

Qeyd olunub ki, daşınmaz əmlakla bağlı xidmətlərin bir məkandan təqdim olunması vaxta qənaət və müştəri məmnuniyyəti baxımından mühüm addımdır.

DƏB-in xidmətləri kimi geniş, işıqlı məkanı, dəbli interyeri və gülərüz personalı da müştərilərdə xoş təəssürat yaradacaq. Bir sözlə bu möhtəşəm məkanın xidmətləri ilə daha yaxından tanış olmaq istəyirsinizsə o zaman yolunuzu 8 Noyabr prospekti 15. ünvanından salın.

Reklam 160×600 (Sağ)

Reklam 160×600 (Sağ)