“Onları dünyaya gətirən anaların əllərindən öpürəm” – Günay Ağamalıbackend

“Şuşa barbarlıqdan, vandallıqdan, yırtıcılıqdan, 27 il 6 aylıq həbsdən azad olundu. Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, iradəsi, sərkərdəlik istedadı, qəhrəman Silahlı Qüvvələrimizin igidliyi xalqımızın mədəniyyət beşiyi olan Şuşanı özümüzə qaytardı”.

Bu fikirləri İctimai.az-a açıqlamasında “BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri, Ana Vətən Partiyası Qadınlar Şurasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, Azərbaycanın zədələnmiş qürurunu aradan qaldıran, ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirən cənab Prezdentimiz İlham Əliyevlə, qəhrəman oğullarımızla fəxr edirik: “Şəhidlərimizin ruhu qarşısında baş əyir, onları dünyaya gətirən anaların əllərindən öpürəm”.

G.Ağamalı vurğulayıb ki, həsrətində olduğum, əlimizdən alınıb barbar ermənilərə verilən Zəngəzur torpaqlarının da bir gün xalqımıza qayıdacağı günün uzaqda olmadığı qənaətindəyəm: “Bizi gözləyən bütün Zəngəzur torpaqlarına o cümlədən, Qara Kilsə, atamın doğulduğu Şıxlar kəndinə mütləq ki, qayıdacağıq. Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Zəngəzur Azərbaycandır!”.