Orban deyib ki, Aİ liderləri istefaya getməlidirbackend

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının rəhbərliyini siyasi şantajda ittiham edib və bildirib ki, bütün əsas layihələri iflasa uğratdığı üçün istefaya getməlidir. Bu barədə RİA Novosti yazır.

“İndi Aİ-nin yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və müharibə siyasəti kimi özlərinin seçdiyi böyük layihələri olan liderləri var və bunların hamısı uğursuzluğa düçar oldu” dedi.

Orbanın fikrincə, Aİ-nin hazırkı rəhbərliyi getməlidir, Aİ-nin yeni liderlərə ehtiyacı var. Siyasətçi əlavə edib ki, Brüssel qanunun aliliyi və şərt mexanizmindən “siyasi şantaj” kimi istifadə edir.

Mənbə: RİA Novosti