Pakistanda ziyarətgaha gedənlərin avtobusu dərəyə aşdıbackend

Pakistanın Bəlucistan əyalətində dəhşətli qəza baş verib. Belə ki, Hab rayonunda sərnişin avtobusu dərəyə aşıb. Hadisə nəticəsində azı 17 nəfər ölüb, 30 nəfər yaralanıb.

Avtobusun sərnişinləri Tetta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına – Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub.

İlkin məlumata görə, sürücü çətin keçidi olan yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya aparılıblar.