Rusiyada terror aktları törətməyi planlaşdıran silahlı şəxslər məhv ediliblərbackend

Nalçikdə keçirilən antiterror əməliyyatı zamanı iki silahlı məhv edilib.

Bu barədə Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, quldur dəstəsinin üzvləri beynəlxalq terror təşkilatının tərkibinə daxil olublar. Onlar Kabardin-Balkar Respublikası ərazisində bir sıra diversiya və terror aktları törətməyi planlaşdırıblar.

Qurum əməliyyatın görüntülərini paylaşıb.

Həmin görüntüləri təqdim edirik: