Pakistanın baş naziri Putindən Hindistanla münaqişə ilə bağlı kömək istəyibbackend

Pakistanın baş naziri Şahbaz Şərif Rusiya prezidenti Vladimir Putinə məktub yazıb və Hindistanla münaqişənin həllinə kömək istəyib.

TASS xəbər verir ki, bunu Pakistan Nazirlər Kabinetinin rəhbərinin köməkçisi Seyid Tariq Fatemi deyib.

O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla dünənki görüşü xatırladıb.

“Mən ona baş nazirimin məktubunu və Zati-aliləri cənab Putinə müraciəti verdim. Biz bütün bu ölkələrdən Hindistan və Pakistanın danışıqlar masası arxasına oturmasını və sülh razılaşmasının əldə olunmasını təmin etmək üçün öz təsirlərindən istifadə etmələrini xahiş etdik”, – Fatemi deyib.